
İspaniya və Argentina yiğmaları arasındakı Finalissima Qətərdəki “Lusail” stadionunda keçirilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, qarşılaşma martın 28-nə planlaşdırılıb.
FİFA Prezidenti Canni İnfantinonun əsas iqamətgahının Qətərin paytaxtında yerləşməsi də “Lusail” stadionunun namizədliyini ön plana çıxarır.
Qeyd edək ki, Finalissima Avropa Çempionatı və Amerika Kubokunun qalibləri arasında keçirilən tək matçdan ibarət bir oyundur.
Belə ki, Argentina finalda Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək, 2024-cü il Amerika Kubokunu, İspaniya isə finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək, 2024-cü il Avropa Çempionatının qalibi olub.