“Əfsanələrin görüşü” sosial şəbəkələrdə maraq doğurub – Foto


Məşhur futbolçu Devid Bekhem, həyat yoldaşı Viktoriya Bekhemin “Netflix”də yayımlanan sənədli serialının premyerasından dərhal sonra Makaoya gedib.
Yeniavaz.com
xəbər verir ki, Bekhem burada “Phoenix Suns” və “Brooklyn Nets” komandaları arasında keçirilən NBA-nın mövsümöncəsi oyununda iştirak edib.
Ona tanınmış aktyor Ceki Çan və keçmiş peşəkar basketbolçu Ceremi Lin də qoşulub. Tədbir zamanı Bekhem və Ceki Çan NBA əfsanələri Şaqil O’Nil və Yao Minqlə görüşüblər.
Dörd məşhurun bir arada çəkildiyi foto sosial şəbəkələrdə qısa zamanda minlərlə bəyənmə toplayıb və geniş müzakirələrə səbəb olub. Basketbol və əyləncə dünyasının tanınmış simalarını bir araya gətirən bu görüş idman azarkeşləri tərəfindən “əfsanələrin görüşü” kimi dəyərləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top