
NATO oktyabrın 13-də nüvə təhlükəsinin qarşısının alınması ilə bağlı təlimlərə başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat verib.
“NATO oktyabrın 13-dən etibarən illik “Steadfast Noon” nüvə təhlükəsinin qarşısının alınması təlimi keçirəcək”, - Rutte bildirib.
O, təlimlərədə faktiki nüvə silahlarından istifadənin gözlənilmədiyini bildirib.
Qeyd edək ki, bu aviasiya təlimləri hər il həm nüvə, həm də qeyri-nüvə NATO dövlətlərinin təyyarələrinin iştirakı ilə keçirilir və potensial nüvə zərbələri endirmək üçün alqoritm və manevrlərin işlənib hazırlanmasını əhatə edir.