Rusiyada saxlanılan Məmmədəli Ağayev azadlığa buraxılıb


Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev Rusiyada həbsdən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kommersant” mənbələrə istinadla məlumat yayıb.
Xatırladaq ki, bu ilin avqust ayında Moskva prokurorluğu Məmmədəli Ağayevə qarşı külli miqdarda dələduzluq ittihamı irəli sürmüşdü.
Qeyd edək ki, 1952-ci ildə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində dünyaya gəlmiş M. Ağayev 1985-ci ildən Moskva Akademik Satira Teatrında baş inzibatçı, rejissor köməkçisi, direktor müavini, idarəedici direktor vəzifələrində çalışıb. O, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.

DİGƏR XƏBƏRLƏR

Top