
Gümüş fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 49 dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” ticarət platformasının məlumatlarında bildirilib.
Belə ki, Bakı vaxtı ilə saat 17:09-ya olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 49,96 dollara çataraq, bütün zamanların ən yüksək həddinə çatıb.
Saat 17:20-yə olan məlumata görə, gümüşün qiyməti yüksəlişini azaldıb və bir troy unsiyası üçün 49, 72 dollara satılıb.