“Lukoyl” qaz emalı zavodu PUA hücumuna məruz qaldı


Oktyabrın 9-na keçən gecə Rusiyanın Volqoqrad vilayətinin Kotovoye şəhərində Lukoyl-Korobkovski Qaz Emalı Zavoduna pilotsuz uçuş aparatları zərbələr endirib.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, hücum nəticəsində zavodda yanğın baş verib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov zavodda baş verən hücumu və yanğını təsdiqləyib.
O qeyd edib ki, Kotovski rayonunda vurulmuş PUA-lardan düşən hissələr yanacaq-energetika obyektlərində yanğına səbəb olub.
NASA FIRMS peyk görüntüləri də zavodda yanğın olduğunu təsdiqləyib.
Qeyd edək ki, Korobkovski Qaz Emalı Zavodu Rusiyanın Cənub Federal Dairəsində ən böyük qaz emalı müəssisəsidir. Onun illik hasilat gücü 450 milyon kubmetrdir. Zavodun məhsulları, o cümlədən maye qaz və benzin ixrac edilir.

DİGƏR XƏBƏRLƏR

Top