Makrona qarşı impiçment təklifi rədd edildi


Fransa parlamentinin aşağı palatasının ali kollegial orqanı olan Milli Assambleyanın Bürosu sol müxalifətin Fransa Prezidenti Emmanuel Makrona qarşı impiçment prosesinin başlanması təklifini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, büro iclasının iştirakçıları bildiriblər ki, 104 deputatın imzasını toplayan solçu “Müxalif Fransa” partiyasının Makronun impiçmenti ilə bağlı təqdim etdiyi sorğunun qəbul edilməsi üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, konstitusiyanın 68-ci maddəsi Fransa prezidentinin səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə onun səlahiyyət müddətinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur.
İmpiçment təşəbbüsü ilə çıxış edənlər əvvəlcə parlamentin 58 üzvünün (aşağı palatanın onda biri) imzasını toplamalıdırlar. Bundan sonra palatanın bürosu qərar layihəsinin baxılmaq üçün qəbul edilib-edilmədiyini müəyyən etməlidir. Bundan sonra layihə müvafiq komitə tərəfindən təsdiqlənməlidir. Qətnamənin təsdiqlənməsi üçün Milli Assambleyada üçdə iki səs çoxluğu lazımdır. Sonra layihə Senata (parlamentin yuxarı palatası) təqdim olunmalıdır. Əgər hər iki palata sənədi dəstəkləsə, deputatlar və senatorlar birgə iclasa toplaşmalıdırlar. İmpiçmentin davam etməsi üçün qətnaməni hər iki palatanın 925 üzvündən ən azı 617-si dəstəkləməlidir.

DİGƏR XƏBƏRLƏR

Top