
İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi Federiko Valverdeni satmağa hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.
Məlumata görə, klubun prezidenti Florentino Peres Valverde üçün potensial iddiaçılara xəbərdarlıq edib ki, əgər onlar uruqvaylı yarımmüdafiəçini transfer etmək istəyirlərsə, onun müqaviləsindəki 1 milyard avroluq satınalma maddəsini aktivləşdirməlidirlər.
Qeyd edək ki, bundan əvvəl Valverde ilə İngiltərənin “Mançester Yunayted” klubunun maraqlandığı bildirilirdi.
Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda doqquz matçda meydana çıxıb və üç məhsuldar ötürmə edib.
Onun klubla müqaviləsi 2029-cu ilə qədərdir.