
Bakıda həyətdən 35 min manatlıq məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Bakının Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 min manat dəyərində məişət əşyaları talamaları da məlum olub.
Araşdırma aparılır.