
Rusiyada müstəntiqlər milyarder İbrahim Süleymanovu qətldə ittiham ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məhkəmədən TASS-a məlumat verilib.
“İbragim Süleymanov Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunub”, - məlumatda deyilir.
Məhkəmə bağlı qapılar arxasında həbs qətimkan tədbiri təyin edəcək.
Qeyd edək ki, daha əvvəl Basmannı Rayon Məhkəməsinə müstəntiqlərdən Süleymanovun həbs edilməsi ilə bağlı vəsatət daxil olub. Yaxın vaxta məhkəmə iclası təyin edilib. Süleymanov da məhkəmə qarşısına çıxarılıb. Araşdırılan qətl hadisəsinin 2004-cü ildə baş verdiyi bildirilib. Söhbət Georgi Talya sui-qəsd cəhdindən gedir - 2000-ci illərin əvvəllərində o, Moskva hava limanlarının iflasında iştirak edib və müəssisələrin müflisləşməsində Rusiyanın aparıcı iş adamlarının maraqlarını təmsil edib.