
Kanadanın “Vankuver Uaytkeps” klubunun yarımmüdafiəçisi Tomas Müller ən çox mükafat alan alman futbolçuları arasında rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, ötən gecə o, “Vankuver Uaytkeps” finalda “Vankuveri” məğlub etdikdən sonra (4-2) Kanada çempionu olub.
Bu, 36 yaşlı Müllerin karyerasında 35-ci titul olub.
Buna qədər Müller 2024-cü il Avropa çempionatından sonra karyerasını başa vuran Toni Kroosla (34) ən çox mükafat alan alman futbolçuları siyahısında birinci yeri bölüşüb.
Avqust ayından Kanada klubunda çıxış edən Müller cari mövsümün sonuna qədər müqavilə imzalayıb. Bundan əvvəl isə alman futbolçu Almaniyanın “Bavariya” klubunda çıxış edib.
Qeyd edək ki, Müller 13 Bundesliqa titulu qazanıb ki, bu da turnir üçün rekorddur. O, həmçinin səkkiz dəfə Almaniya Superkubokunu, altı dəfə Almaniya Kubokunu, Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını və iki dəfə UEFA Super Kubokunu qazanıb.
Müller həmçinin Almaniya millisi ilə 2014-cü ildə dünya çempionatının qalibi olub.
Xatırladaq ki, final oyununun ilk hissəsində Müller penaltini dəqiq yerinə yetirib. O, həmçinin, bir məhsuldar ötürmə edib. Müller 79-cu dəqiqədə meydanı tərk edib.