
Əfqanıstanda internet xidməti tamamilə kəsilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
Bildirilib ki, Taliban hakimiyyətinin əxlaqı qorumaq üçün addımlar atması səbəbindən Əfqanıstan hazırda internetin tam bağlanması vəziyyətindədir.
Bəyanatda o da qeyd olunub ki, hazırda telefon əlaqəsi də kəsilib.
Bir müddət əvvəl Əfqanıstan KİV-ləri Əfqanıstan İslam Əmirliyinin ali lideri Haibətullah Axundzadənin “əxlaqsız davranışların qarşısını almaq üçün” bir neçə regionda simli internetin qadağan edilməsi barədə göstəriş verdiyi barədə məlumat yayıb. Rəsmilər bu qərarın dövlət xidmətlərinin işinə mane olduğunu bildiriblər.