
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Oval Ofisini və Administrasiyanın brifinq zalını bəzəyən qızıl əşyaları nümayiş etdirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabına video dərc edib.
“Xarici liderlər hamı kimi, keyfiyyət və gözəllik görəndə “ağıllarını itirirlər”, - o bildirib.
Donald Tramp əlavə edib ki, bəzəklərdən bir neçəsi 24 karatlıq qızıldan hazırlanıb.
Onun sözlərinə görə, bu, indiyə qədər mövcud olmuş ən yaxşı Oval Ofisdir.
Qeyd edək ki, aprel ayında ABŞ prezidenti “The Atlantic” jurnalına Ağ Evin interyerini öz vəsaiti hesabına təmir etdirdiyini bildirib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə , Tramp əvvəllər “Mar-a-Laqo” iqamətgahında işləyən Con İkartı Ağ Evi bəzəmək üçün işə götürüb. Hətta prezidentin müşavirləri ona “qızıl oğlan” ləqəbi veriblər. Ağ Evin mətbuat katibi Kerolayn Livitt təmir edilmiş Oval Ofisi şərh edərkən, onu ABŞ-də “qızıl dövr üçün qızıl ofis” adlandırıb