İranda MOSSAD-la əməkdaşlıqda təqsirli bilinən daha bir şəxs edam edildi


İranda İsrailin Xarici Kəşfiyyat İdarəsinə (MOSSAD) casusluqda təqsirli bilinən Bəhmən Çubiəsl edam olunub.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadla xəbər verir ki, edam sentyabrın 29-da səhər saatlarında yerinə yetirilib.
Edam hökmü Ali Məhkəmədə hüquqi prosedurdan keçdikdən və hökm təsdiqləndikdən sonra icra olunub.
Bəhmən Çubiəsl telekommunikasiya məsələləri üzrə məlumatları İsrailə ötürməkdə təqsirli bilinib.
Belə ki, o, bir şirkətdə verilənlər bazası üzrə mütəxəssis kimi fəaliyyət göstərib və təcrübəsinə görə, ölkənin məlumat bazalarına geniş çıxışa malik olub.
Bəhmən Çubiəsl məhkəmənin qərarı ilə edam cəzasına məhkum edilib. Apellyasiya şikayəti əsasında iş Ali Məhkəməyə göndərilib. Məhkəmə işə baxdıqdan sonra apellyasiya şikayətini təmin etməyib.

DİGƏR XƏBƏRLƏR

Top