Tokayev xarici işlər nazirini dəyişdi


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleunu xarici işlər naziri vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni xarici işlər naziri vəzifəsinə Yermek Koşerbayev təyin edilib.
Öz növbəsində, keçmiş xarici işlər naziri Murat Nurtleu Qazaxıstan Prezidentinin beynəlxalq, investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edilib.
Koşerbayev əmək fəaliyyətinə Qazaxıstan SSR Xarici İşlər Nazirliyində başlayıb. Müstəqil Qazaxıstanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ilin yanvarında Qazaxıstanın Rusiyadakı səfiri, 2023-cü ildə isə Şərqi Qazaxıstan vilayətinin rəhbəri təyin edilib. Koşerbayevin təyinatdan əvvəl sonuncu vəzifəsi baş nazirin müavini olub.

DİGƏR XƏBƏRLƏR

Top