“Tramp oktyabrda Yaponiyaya səfər edəcək” − KİV


“ABŞ Prezidenti Donald Tramp bu il oktyabrın sonunda Yaponiyaya səfər etmək niyyətindədir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, hazırda səfərin dəqiq tarixləri dəqiqləşdirilir. Trampın oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcəyi Cənubi Koreyaya gedərkən Yaponiyada dayanacağı gözlənilir.
Bu, Trampın ikinci dövründə Yaponiyaya ilk səfəri olacaq. 

DİGƏR XƏBƏRLƏR

Top