
Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yerüstü stansiya metronun “yaşıl xətt”inə aid olacaq:
“Stansiya xüsusi qrafiklə işləyəcək.Stansiyanın şərti adı “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək”.