
İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə ölkənin Fələstin dövlətçiliyini tanımaq qərarını rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.
“Bəzi liderlərin Fələstin terrorizminə biabırçı şəkildə təslim olması İsraili heç nəyə məcbur etməyəcək. Fələstin dövləti qurulmayacaq”, - Netanyahu bildirib.
Qeyd edək ki, bundan əvvəl BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San Marino və Fransa Fələstin Dövlətini tanıdıqlarını bəyan ediblər. Bundan başqa, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini rəsmən tanıyıb. Onların bəyanatlarına görə, iki xalq üçün iki dövlət prinsipinə sadiqlik həm Fələstin, həm də İsrail xalqları üçün sülh və təhlükəsizliyin açarıdır.