Lavrov Rubio ilə görüşdü − 1 saat danışdılar


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, mətbuat üçün açılış nitqi olmadan başlayan görüş qapalı formatda keçirilib.
Bildirilib ki, görüş 50 dəqiqədən çox davam edib.
Xatırladaq ki, iyulun 10-da Lavrov və Rubio Malayziyada ASEAN tədbirləri çərçivəsində təxminən bir saat davam edən ikitərəfli görüş keçiriblər. Lavrov və Rubio 2025-ci ildə də bir neçə telefon danışığı aparıblar. Bundan başqa, xarici işlər nazirləri Rusiya və ABŞ nümayəndə heyətlərinə fevralın 18-də Ər-Riyadda təxminən 4,5 saat davam edən görüşdə başçılıq ediblər. Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi həmçinin Alyaska sammitində dar “üç-üç” danışıqlar formatında iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Top