19 ölkə ŞƏT-ə üzv olmaq üçün müraciət etdi


Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 19 ölkədən üzvlük və ya statusun dəyişdirilməsi ilə bağlı müraciətlərə baxır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Nurlan Yermekbayev “İzvestiya”ya müsahibəsində bildirib.
“Hazırda 19 ölkədən statusun dəyişdirilməsi və ya təşkilata üzv dövlət, tərəfdaş və ya müşahidəçi qismində bu və ya digər şəkildə qoşulmaq üçün müraciətlər səbətdədir. Nəzərə alsaq ki, ŞƏT icması artıq 27 dövlətdən ibarətdir, bu, təşkilatın yüksək cəlbediciliyini və onun məqsəd və vəzifələrinin dünyanın bir çox ölkələrinin maraqlarına uyğunluğunu nümayiş etdirir”, - katib bildirib.
Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçirilən ŞƏT sammitində 20-dən çox dövlətin lideri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Sammitin yekunları üzrə 15 əməkdaşlıq sənədi imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top