Günəşdə güclü partlayış oldu


Çərşənbə günü güclü günəş partlayışı qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“Sentyabrın 24-də Moskva vaxtı ilə saat 12:31-də (Bakı vaxtı ilə 13:31 - red.) 4224 (S12W44) günəş ləkələri qrupunda rentgen diapazonunda 47 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb”, - məlumatda deyilir.
Qeyd edilib ki, artıq bir neçə gündür ki, Yer üçün orta riskli aşağı səviyyəli partılayış aktivliyi qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top