Roberto Martinesin evi soyuldu – 1 milyon avroluq qarət


Naməlum şəxslər Portuqaliya milli futbol komandasının baş məşqçisi Roberto Martinesin Kaskaysdakı (Lissabonun qərbində yerləşən sahil şəhəri) evini qarət ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “A Bola” qəzeti məlumat yayıb.
Məlumata görə, ona dəymiş ziyan 1 milyon avrodan çox qiymətləndirilir.
Evə mətbəxdən daxil olan oğrular qızıl-zinət əşyaları və saatlar oğurlayıblar.
Hadisə vaxtı Martines evdə olmayb.
Qeyd edək ki, 52 yaşlı Martines 2023-cü ilin yanvarından Portuqaliya millisinin baş məşqşisidir. O, əvvəllər İngiltərənin “Suonsi”, “Uiqan” və “Everton” klublarına, həmçinin 2018-ci il dünya çempionatında bürünc medal qazandığı Belçika millisinə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top