Portuqaliya da Fələstini tanıdı


Portuqaliya Fələstini dövlət kimi tanıyıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Portuqaliyanın xarici işlər naziri Paulo Ranjelin bəyanatına istinadla yerli “SIC Notícias” telekanalı məlumat yayıb.
Məlumata görə, Lissabon İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinin tərəfdarıdır.
Telekanalın məlumatına görə, Portuqaliya ilə yanaşı, Andorra, Belçika, Lüksemburq, Malta və San Marino da Fələstini tanıyan bəyanatlarla çıxış edəcək.

DİGƏR XƏBƏRLƏR

Top