
Krımda Rusiyanın üç Mi-8 helikopteri və bir Nebo-U radar sistemi məhv edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.
“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Kabus ustaları” xüsusi təyinatlı dəstəsinin uğurlu döyüş əməliyyatları nəticəsində müvəqqəti işğal olunmuş Krımda Rusiya işğalçılarının hava donanması daha da azaldılıb”, - məlumatda deyilir.
Qeyd edək ki, 2022-ci ildən etibarən Krım yarımadası demək olar ki, hər gün pilotsuz təyyarələr və raketlərlə bombalanır.
Nüfuzlu mətbuat orqanlarının məlumatına görə, əksər hallarda Rusiya Müdafiə Nazirliyi və ya Rusiya hakimiyyəti Krımda Rusiya hərbi obyektlərinə zərbələrin endirilməsini təsdiq etmir, hətta bu məlumatın yoxlanılması mümkün olsa belə.