
Maks Ferstappen “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi olub.
Yeniavaz.com xəbər verir ki, “Mercedes” dən Corc Rassell ikinci, “Uilyams”dan Karlos Sayns üçüncü olub.
Qeyd edək ki, “Red Bull” pilotu ikinci dəfə Bakıda birinci yeri tutub. Niderlandlı sürücü daha əvvəl 2022-ci ildə də Azərbaycan Qran-prisində finişə ilk çatıb.
***15:11
Bakıda “Formula 1” Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
Yeniavaz.com xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.
Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vuracaqlar.
Ötən gün keçirilmiş sıralama mərhələsində ən yaxşı nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. “Uilyams”da çıxış edən Karlos Sayns ikinci, “Reysinq Bullz”dan Liam Louson üçüncü yeri tutub. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.