2025-ci ilin “Qızıl topu”nu Ronaldinyo təqdim edəcək


2025-ci ilin “Qızıl topu”nu mövsümün ən yaxşı oyunçusuna “Barselona”, ​​PSJ, “Milan” klublarının və Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə COPE jurnalisti Dani Xil “X” sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, tədbiri təşkil edən “France Football” jurnalı Ronaldinyonu bu rola “Qızıl top”u qazanmasının 20 illiyi şərəfinə seçib.
Qeyd edək ki, bu il “Qızıl top”un qalibi tarixdə dördüncü dəfə təqvim ilinə görə deyil, mövsümün nəticələrinə görə (2024-cü il avqustun 1-dən 2025-ci il iyulun 13-dək) ​​müəyyən ediləcək.
Mərasimdə kişilər arasında “Qızıl top”la yanaşı, qadınlar arasında “Qızıl top”, 21 yaşadək ən yaxşı gənc oyunçu üçün kubok (Kopa kuboku), ən yaxşı qapıçı üçün kubok (Lev Yaşin kuboku), ən yaxşı bombardir üçün kubok (Gerd Müller kuboku) təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top