Qəzzada son 24 saatda ölənlərin sayı 60-ı keçdi


İsrailin Qəzza şəhəri və ətrafına endirdiyi zərbələr nəticəsində son 24 saatda ölənlərin sayı 60-ı keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyindəki mənbələrinə istinadla məlumat yayıb.
Nazirliyin məlumatına görə, yaralananların sayı 200 nəfərə çatıb.
2023-cü ilin oktyabrından Qəzza zolağında ölənlərin sayı 65 min 208 nəfərə çatıb, yaralananların sayı isə 166 min nəfəri keçib.
Zolağın daha 442 sakini, o cümlədən 147 uşaq aclıqdan ölüb.
“Maan” agentliyinin məlumatına görə, son 48 saat ərzində 270 mindən çox sakin Qəzzanı tərk edərək, humanitar zonanın yaradıldığı əl-Məvasi, həmçinin anklavın cənub hissəsindəki Rəfah və Xan Yunis bölgəsinə gedib.
Agentliyin məlumatına görə, mühasirədə olan şəhərdə azı 900 min nəfər qalıb.

DİGƏR XƏBƏRLƏR

Top