Zidanın oğlu Əlcəzair millisində çıxış edəcək – Vətəndaşlığını dəyişdi


Zinəddin Zidanın oğlu Luka Zidan Əlcəzair milli komandasına qoşulmaq üçün idman vətəndaşlığını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyasının saytında məlumat verilib.
O, bunun üçün artıq FIFA-dan icazə alıb.
İndi Vladimir Petkoviç Zidanı Əlcəzair millisinin oktyabrda Somali və Uqandaya qarşı keçirəcəyi oyunlara çağıra bilər.
Qeyd edək ki, 27 yaşlı qolkiper hazırda İspaniyanın “Qranada” klubunda çıxış edir. O, “Real Madrid”in gənclər akademiyasının yetirməsidir. Luka Zidan həmçinin, “Rasinq”, “Rayo Valyekano”, “Eybar”, həmçinn Fransanın müxtəlif gənclər və yeniyetmələrdən ibarət komandalarında oynayıb.
Xatırladaq ki, Zinəddin Zidanın digər üç oğlu da peşəkar futbolçudur. 30 yaşlı Enzo (yarımmüdafiəçi) artıq təqaüdə çıxıb, 23 yaşlı Teo (yarımmüdafiəçi) “Kordoba”da, 19 yaşlı Elyas (müdafiəçi) isə “Betis”də çıxış edir.

DİGƏR XƏBƏRLƏR

Top