Üç Rusiya qırıcısı Estoniyanın hava məkanını pozdu


Rusiyanın üç MiQ-31 qırıcısı Vaindloo adası yaxınlığında icazəsiz Estoniya hava məkanına daxil olub.
Yeniavaz.com
xəbər verir ki, Estoniya Baş Qərargahının mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, onlar təxminən 12 dəqiqə Estoniya hava məkanında qalıb:
“Təyyarənin uçuş planları yox idi və onların transponderləri (qəbul edilən siqnallara cavab olaraq siqnal göndərən ötürücülər – red.) söndürülmüşdü. Pozuntu baş verən zaman Estoniyanın hava hərəkətinə nəzarəti ilə ikitərəfli radio əlaqəsi də olmayıb”.
Ölkənin Xarici İşlər Nazirliyi cümə günü Rusiyanın Estoniyadakı səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ona etiraz notası təqdim edib.
Qeyd edək ki, bu, cari ildə Rusiya təyyarələrinin Estoniya hava məkanını dördüncü dəfə pozma faktıdır.

DİGƏR XƏBƏRLƏR

Top