
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Hamdi Kılıç vəfat edib.
Yeniavaz.com bu barədə prezidentin baş məsləhətçilərindən biri Cemil Ertem “X” sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Hamdi Kılıç uzun sürən xəstəlikdən sonra Ankarada vəfat edib.
Kılıç həm də prezident Ərdoğanın nitq kopirayteri kimi fəaliyyət göstərib.
İxtisasca jurnalist olan Kılıçın Ankarada dəfn ediləcəyi bildirilir.