Çarli Kirkin qətlində şübhəli bilinən şəxs saxlanıldı – Tramp açıqladı


ABŞ Prezidenti Donald Tramp amerikalı siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində qeyd edib.
“Onu ona çox yaxın olan şəxs təhvil verib”, - Ağ Ev rəhbəri bildirib.
Amerika lideri həmçinin, Kirkin qatilinin edam cəzasına məhkum ediləcəyinə ümid etdiyini qeyd edib.
“Ümid edirəm ki, onun günahkar olduğu sübuta yetiriləcək və ümid edirəm ki, o, ölüm cəzasına məhkum ediləcək”, - Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarı amerikalı siyasi fəal Çarli Kirk dünən Yuta Velli Universitetinin kampusunda debat zamanı güllələnib. Snayperlə boynundan güllələnən Kirk xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top