
Avropa İttifaqı (Aİ) Rusiya və Belarusun Aİ-dəki müvəqqəti işlər vəkillərini baş ofisə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi ittifaqın adının çəkilməsini istəməyən rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, bu, Rusiya dronlarının Polşa ərazisinə “qəsdən və təhlükəli” müdaxiləsinə etirazla bağlıdır.
“Biz açıq şəkildə bildirdik ki, bu məsuliyyətsiz hərəkət Rusiya tərəfindən ciddi eskalasiya göstəricisidir və Avropa İttifaqı vətəndaşlarının təhlükəsizliyinə birbaşa təhdid yaradır", - Aİ nümayəndəsi bildirib.