Britaniyanın yeni xarici işlər naziri ilk səfərini Kiyevə etdi


Britaniyanın yeni xarici işlər naziri İvett Kuper Kiyevə səfərə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkə platformasında məlumat yayıb.
O, həmçinin, gündəlikdə olan bütün ikitərəfli və beynəlxalq məsələləri, o cümlədən sülh təşəbbüslərini, Rusiyaya qarşı transatlantik təzyiqləri, həmçinin Ukrayna və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəkərini bildirib.
Qeyd edək ki, Kuper ötən həftə xarici işlər naziri təyin edilib. Ukrayna paytaxtına səfər onun bu vəzifədə ilk səfəri olub.

DİGƏR XƏBƏRLƏR

Top