
Britaniya hakimiyyəti Rusiyaya qarşı sanksiyaların siyahısını 30 maddə ilə genişləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında öz əksini tapıb.
Məlumata görə, siyahıya 70 yeni dəqiqləşdirmə və 30 yeni bənd əlavə edilib.
Yeni sanksiyalar paketinə əsasən Rusiya müdafiə sektorunun şirkət və müəssisələri daxil edilib.
Bununla yanaşı, ayrı-ayrı şəxslər də qara siyahıya salınıb.
Digər tərəfdən, yeni sanksiyalar paketinə Honq-Konq, Tailand, Hindistan və Türkiyədə yerləşən şirkətlər də daxil edilib.
Məhdudiyyətlər Honq-Konqda yerləşən üç, Taylandda yerləşən üç, Hindistanda yerləşən bir və Türkiyədə yerləşən yerləşən bir şirkətə şamil edilib.