
Gürcüstanda keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən məlumat verilib.
“Vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda gəlir əldə etməklə müşayiət olunan qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktına görə keçmiş müdafiə naziri Cuanşer Burçuladze məhkəmənin qərarı əsasında saxlanılıb”, - idarənin məlumatında qeyd edilib.