
Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştianu Ronaldo Primeira Liqanın “Bütün dövrlərin ən yaxşı futbolçusu” mükafatını alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə liqanın rəsmi saytında məlumat verilib.
Mükafat Primeira Liqanın mükafatlandırma mərasimində təqdim edilib.
Mərasimdə oyunçunun özü iştirak etməsə də, təşkilatçılar ulduz forvardın mükafatla ayaq üstə dayanaraq, nitq söyləməsinin videosunu nümayiş etdiriblər.
Qeyd edək ki, Ronaldo “Qızıl top”un beşqat qalibidir. Bundan əlavə, portuqaliyalı futbol tarixində qol sayına görə rekordçudur - 943 qol.