Paşinyan və Putinin Moskvada görüşü planlaşdırılır


Moskvada Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş planlaşdırılır.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan Paşinyanın sentyabrın sonunda Moskvada keçiriləcək “Ümumdünya Atom Həftəsi”ndə iştirak etməyi planlaşdırması ilə bağlı xəbərləri şərh edərkən deyib.
“Düşünürəm ki, belə bir görüş nəzərdə tutulmasaydı, ölkə rəhbəri Moskvaya getməzdi”, - Simonyan izah edib.
O, nümunə kimi, Çində keçirilən ŞƏT sammiti çərçivəsində Paşinyanla Putinin görüşünü göstərib.
Qeyd edək ki, avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tiencin sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top