
“Mağazalarımızda Azərbaycan malları satılacaq, Ermənistan malları isə Bakıda və digər şəhərlərin mağazalarında olacaq. Bu qaçılmazdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət aparacaqlar və gələcəkdə iki ölkənin malları üçün vahid bazar yaradılacaq.
Simonyan, həmçinin qeyd edib ki, hər iki tərəfdə həssaslıq mövcuddur, lakin onlar üçün kommunikasiyaların mümkün qədər tez açılması prioritet və vacibdir.