
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Fetisovu axtarışa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında öz əksini tapıb.
Digər tərəfdən, xokkey üzrə ikiqat olimpiya çempionu 2021-ci ildən Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına salınıb. Fetisov 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. Ona qarşı “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham irəli sürülüb.
Ukrayna Cinayət Məcəlləsi onun üçün əmlakı müsadirə olunmaqla 15 il və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
Qeyd edək ki, “Mirotvorets” saytı 2014-cü ildə yaradılıb. Sayt Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan bütün şəxslərin şəxsi məlumatlarını müəyyən etmək və dərc etmək məqsədi daşıyır.