
“Biz demirik ki, “Dərsə gedən bir uşaq” şeiri olmasın, biz deyirik ki, oxuyub-anlamanı inkişaf etdirmək lazımdır”.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, müəllimlər ənənəvi tədris sistemini dəyişməlidir:“10 şeir əzbərləmək təbii ki, vacibdir, bunu bilməliyik. Amma müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır. Oxuyub-anlama mütləq inkişaf etməlidir. Fokusumuzu dəyişməliyik. Sinif otağında müəllim ənənəni davam etdirir. Onu da qınamırıq, çünki həmin müəllimə də o cür öyrədilib. Bu, ən asanıdır”.