Şahzadə Harri atası ilə görüşdü


Şahzadə Harri son 19 ayda ilk dəfə Böyük Britaniya kralı III Çarlzla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti Bukingem sarayının nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, ata və oğul arasında görüş kral ailəsinin Vestminster iqamətgahı olan Klarens Hausda baş tutub.
Görüş 54 dəqiqə davam edib və birgə çay süfrəsi ilə müşayiət olunub.
III Çarlz Londona xərçəngdən müalicə aldığı Aberdinşirdən sentyabrın 8-də, Şahzadə Harrinin Böyük Britaniyaya dörd günlük səfərinin son günündə gəlib.
Qeyd edək ki, avqustun 31-dən şahzadə Harrinin kral III Çarlzla görüşə hazırlaşdığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top