
ChatGPT-nin tərtibatçısı “OpenAI” şirkəti süni intellektin (AI) inkişafı üçün “Oracle” korporasiyası ilə beş il müddətinə 300 milyard dollarlıq müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, müqavilənin məbləği “OpenAI”ın cari gəlirini xeyli üstələyir və bulud hesablamaları sahəsində indiyə qədər edilən ən böyük sövdələşmələrdən biridir.
Qəzet yazır ki, belə bir məlumat mərkəzi üçün 4,5 giqavat gücü tələb olunur ki, bu da təxminən 4 milyon evin enerji istehlakına bərabərdir.
Qeyd edək ki, “Oracle”ın həmtəsisçisi Larri Ellison şirkətin səhmlərinin sürətli artımı fonunda ilk dəfə olaraq, “Space X”in sahibi İlon Maskı keçərək, qısa müddət ərzində dünyanın ən varlı adamı olub. Artımın səbəbi şirkətin 2026-cı maliyyə ilinin birinci rübü üzrə maliyyə hesabatı olub. Ona görə, “Oracle”ın gəliri 12% artaraq 14,9 milyard dollar təşkil edib. Gələcək öhdəliklərin həcmi isə 359% artaraq, 455 milyard dollara çatıb.