Holand 21-ci əsrin dünya futbol rekordunu vurdu


Norveç yığmasının hücumçusu Erlinq Holand DÇ-2026-nın seçmə qrup mərhələsinin 6-cı turunun Moldova millisi ilə görüşündə (11:1) penta-trik edərək adını tarixə yazdırıb.
Yeniavaz.com
xəbər verir ki, o, cari əsrdə Dünya Çempionatının seçmə mərhələsində beş qol vuran ilk oyunçu olub.
FİFA-nın mətbuat xidmətinin məlumatına görə, bu, həm də 1977-ci ildən bəri belə matçlarda ilk penta-trikdir. 48 il əvvəl Avstriya-Malta matçında Hans Krankl 5 qol vurub.
Bu oyundan sonra I qrupunun turnir cədvəlinə 15 xalla Norveç başçılıq edir. Növbəti seçmə oyununda Norveç oktyabrın 11-də doğma meydanda İsraili qəbul edəcək.

DİGƏR XƏBƏRLƏR

Top