Çempionlar Liqasının favoritləri açıqlandı


“Opta” superkompüteri 2025/2026 mövsümündə Çempionlar Liqasını kimin qazanacağını proqnozlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Opta Analyst” “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, İngiltərənin “Liverpul” komandasının Avropanın nüfuzlu turnirində qalib gəlmək şansı ən yüksəkdir – 20,4%.
Qalib gəlmə ehtimalına görə İngiltərənin “Arsenal”ı ikinci (16%) olub. Üçüncü yerdə isə Fransanın “Pari Sen Jermen” (PSJ) klubu (12,1%) qərarlaşıb.
Qeyd edək ki, Çempionlar Liqasının ümumi mərhələsində “Liverpul” İspaniyanın “Atletiko Madrid”, Türkiyənin “Qalatasaray”, Almaniyanın “Ayntraxt”, İspaniyanın “Real Madrid”, Niderlandın “PSV Eyndhoven”, İtaliyanın “İnter”, Fransanın “Marsel” və Azərbaycanın “Qarabağ” klubları ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top