
Fransanın yeni baş nazirinin adı bəlli olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Bildirilib ki, Fransua Bayru hökumətinin istefasından sonra Fransa Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornyu respublikanın yeni baş naziri təyin edilib.