
Qəzza zolağında aclıqdan ölən fələstinlilərin sayı 399-a çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, ölənlər arasında 140 uşaq da var.
Nazirliyin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzzada 6 nəfər aclıqdan ölüb.