“Qalatasaray”dan Osimhenin zədəsi ilə bağlı açıqlama


Türkiyənin Superliqa nəhəngi “Qalatasaray” nigeriyalı futbolçu Viktor Osimhenin zədəsi ilə bağlı vəziyyətə aydınlıq gətirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Viktor Osimhenin topuq bağlarında orta dərəcədə dartılma və qanaxma aşkarlanıb.
Diaqnoz 26 yaşlı oyunçunun bu gün keçirilən müayinələri zamanı müəyyən olunub. Artıq futbolçunun ən qısa bir vaxtda meydana qayıtması üçün lazımi müalicə prosesinə başlanılıb.
Qeyd edək ki, Nigeriya millisinin üzvü 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Ruanda ilə görüşündə zədə alıb.

DİGƏR XƏBƏRLƏR

Top