Obama üçüncü dəfə “Emmy” mükafatını qazandı


ABŞ-nin keçmiş prezidenti Barak Obama üçüncü dəfə “Emmy” mükafatını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, 64 yaşlı siyasətçi “Ən yaxşı səsləndirmə” üzrə mükafata layiq görülüb.
Mükafat Obamanın “Netflix”in “Bizim Okeanlar” sənədli serialındakı işinə görə təqdim edilib.
Keçmiş prezident Los-Ancelesdə keçirilən mərasimdə iştirak etməsə də, onun adından mükafatı Amerikalı aktyor, aparıcı Cordan Klepper qəbul edib.
Qeyd edək  ki, Obama bundan əvvəl iki dəfə “Emmy” mükafatını qazanıb. O, 2022-ci vı 2023-cü illərdə bu mükafata layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top