
İftixar Piriyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Mədəniyyət Nazirliyi də faktı təsdiqləyib.
Qeyd olunub ki, İftixar Piriyevin müqaviləsinə əmək fəaliyyətinin son yaş həddinə çatmasına görə xitam verilib.