İzmirdəki hücumla bağlı saxlanılanların sayı 27-yə çatdı


Türkiyənin İzmir şəhərində polis bölməsinə silahlı hücumla bağlı saxlanılanların sayı 27-yə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Məlumata görə, silahlı hücumla bağlı İzmir Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaqın davam etdiyi bildirilir.
Qeyd edək ki, ki, sentyabrın 8-də İzmirin Balçova rayonunda polis bölməsinə silahlı hücum olub. Hücum nəticəsində 2 polis həlak olub, ikisi polis olmaqla daha 3 nəfər yaralanıb. Hadisəni törədən 16 yaşlı E.B. adlı şəxs yaralı halda saxlanılıb. Hücumu törədən E.B. hazırda reanimasiyadadır.

DİGƏR XƏBƏRLƏR

Top